Menu

Robert Prosineçki rəsmən Azərbaycan yığmasında!

03.12.2014, 13:32
Robert Prosineçki rəsmən Azərbaycan yığmasında!

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncağın əsas mövzusu millilərin baş məşqçilərinin təsdiqlənməsi olub. Komitə həm əsas, həm də U-21 komandasının yeni çalışdırıcısını rəsmiləşdirib.

İcraiyyə Komitəsi Robert Prosineçkimi baş məşqçi postuna təsdiqləyib. 45 yaşlı xorvatiyalı mütəxəssis bu postda almaniyalı Berti Foqtsu əvəzləyib. Artıq İcraiyyə Komitəsinin iclasına qatılan Prosineçki 3 il millimizdə çalışacaq.

Prosineçkinin 6 köməkçisi olacaq ki, onlardan üçü xorvatiyalı, üçü isə azərbaycanlı olacaq.

21 yaşadək futbolçulardan ibarət yığmamıza isə 10 məşqçi namizəddi. Hələlik onların adları açıqlanmır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol