Menu

Fransa birinci, Rusiya yeddinci... - Ermənistanda keçirilən sorğunun maraqlı nəticələri

03.04.2024, 16:01
Fransa birinci, Rusiya yeddinci... - Ermənistanda keçirilən sorğunun maraqlı nəticələri

Ermənistanda Rusiyaya münasibətin xeyli dərəcədə pisləşdiyi barədə mütəmadi olaraq məlumatlar yayılır. GALLUP Beynəlxalq Araşdırmalar Mərkəzinin keçirdiyi son sorğunun nəticələri isə göstərir ki, artıq ermənilərin böyük əksəriyyəti Rusiyanı ümumiyyətlə, “dost ölkə” kimi görmür. Onun yerini isə Fransa, Hindistan və İran tutur.

“AzPolitika” xəbər verir ki, GALLUP Beynəlxalq Araşdırmalar Mərkəzinin Ermənistan şöbəsinin hesabatına görə, ermənilərin 78,1%-i Fransanı, yalnız 29,7%-i isə Rusiyanı dost ölkə hesab edir.

Təşkilatın Ermənistan nümayəndəliyinin direktoru Aram Navasardyan sorğunun nəticələrini təqdim edib: “Ən yüksək göstərici Fransada qeydə alınıb - 78,1 faiz. 12 faiz Fransaya qarşı neytraldır, 8,8 faiz onu dost olmayan ölkə hesab edir.

Hindistan 68,5%, İran 57,8%, ABŞ 41%, Çin 35%, Gürcüstan 34%, Almaniya 32% və Rusiya Federasiyası 29,7% ilə növbəti yerlərdədir”.

Navasardyanın sözlərinə görə, ermənilər arasında Rusiyanın dostluq göstəricisinin azalması Rusiya Federasiyasına qarşı aparılan antitəbliğatla bağlıdır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol