Menu

"WhatsApp"da yaşanan problem aradan qalxıb - Yenilənib

03.04.2024, 23:30
"WhatsApp"da yaşanan problem aradan qalxıb - Yenilənib

"WhatsApp" sosial şəbəkə platformasının işində yaranan problem aradan qaldırılıb.

APA xəbər verir ki, artıq tətbiq üzərindən mesaj yazmaq, zəng etmək, şəkil və ya video fayllar göndərmək mümkündür.

Qeyd edək ki, "Meta" şirkətinə bağlı "Instagram" "Facebook" platforması normal rejimdə işləyib.

"WhatsApp"da baş vermiş nasazlıq barədə "Meta" şirkəti açıqlama verməyib.

***

Dünyanın bir neçə ölkəsində “WhatsApp” messencerinin işində problemlər baş verib.

"Report" xəbər verir ki, problemin səbəbləri hələlik məlum deyil.

Problem Azərbaycanda da müşahidə edilir. Belə ki, göndərilən ismarışların qarşı tərəfə çatdırılmasında problemlər yaşanır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol