Aprelin 3-də Fransanın Silahlı Qüvvələr naziri Sebastyan Lekornu Rusiyanın Müdafiə Naziri Sergey Şoyqu ilə telefonla danışıb.
“AzPolitika” xəbər verir ki, bu barədə Fransa mediası və beynəlxalq agentliklər məlumat yayıb, Rusiya Müdafiə Nazirliyindən isə hələlik şərh yoxdur.
Açıqlamada deyilir ki, Lekornu Fransa adından martın 22-də Moskva yaxınlığındakı “Crocus City Hall”da azı 144 nəfərin ölümü ilə nəticələnən terror aktına görə həmrəylik ifadə edib.
Bildirilir ki, Lekornu Fransanın terrorla mübarizə aparmağa və bu təhlükəyə ən effektiv şəkildə qarşı çıxmaq üçün Rusiya ilə əməkdaşlığı gücləndirməyə hazır olduğunu bəyan edib. Eyni zamanda fransalı nazir bildirib ki, Parisdə terror aktı ilə Ukrayna arasında əlaqə olduğunu göstərən hər hansı məlumat yoxdur. Nazir Rusiya hakimiyyətini Ukraynaya qarşı ittihamlar irəli sürmək üçün “Crokus” terrorundan istifadəni dayandırmağa çağırıb.
Xəbərdə həmçinin qeyd olunur ki, tərəflər Ukraynadakı müharibəni müzakirə ediblər, Lekornu Fransanın Rusiyanın işğalını pislədiyini və Kiyevi dəstəkləməyə davam edəcəyini bildirib.
Söhbət Fransa tərəfinin təşəbbüsü ilə baş tutub. Bu, 2022-ci ilin oktyabrından bəri nazirlər arasında ilk birbaşa söhbətdir.
“AzPolitika.info”


Şərhlər
Bizim AzTv deyirdi Fransa Rusya ilə düşməndir Deməli Qarabağ məsələsində hər ikisi qardaş olur .İlanın ağına da ,qarasına da lənət