Menu

İranın ali dini lideri İsraili ivrit dilində hədələdi

04.04.2024, 12:21
İranın ali dini lideri İsraili ivrit dilində hədələdi

İranın ali dini lideri Əli Xamenei “X” sosial şəbəkəsində ivrit dilində yazı dərc edib və burada İranın Suriyadakı konsulluğuna hücumdan sonra İsraili hədələyib.

“Allahın köməyi ilə biz sionistləri İranın Dəməşq konsulluğuna qarşı törətdikləri cinayətə görə tövbə etməyə məcbur edəcəyik”, - mesajda deyilir.

Qeyd edək ki, ABŞ İran konsulluğuna hücumdan sonra öz qüvvələrinə mümkün hücumlardan narahatlığını bildirib. Çərşənbə axşamı Xamenei deyib ki, İran konsulluğa hücuma görə İsraili peşman edəcək.

Bazar ertəsi axşam Suriya Müdafiə Nazirliyi İsrailin İranın Dəməşqdəki Baş Konsulluğunun binasına hava zərbəsi endirdiyini bildirib. Konsulluq binasında İranın Suriyadakı səfirinin iqamətgahı da olub və o, xəsarət almayıb. Raket hücumu nəticəsində konsulluğun binası tamamilə dağılıb. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) isə bir neçə generalı və zabiti ölüb. (Mənbə: Gazeta.ru)

Şərhlər

dadaşyev 2024-04-04 12:35:56

Əşi bu qədər oyunbazlıq bəsdi də. Yekə kişisən.İsraili vurmağa duxun çatsaydı Qəzzada 35 minə yaxın insanların 6 aydır qırılmağına səssiz qalmazdın, rəzil-rüsvay olmazdın.Boşuna xoruz kimi banlamağın nə mənası var?Bir-iki raket atacaqsan,amma İsrailli bir adam da ölməyəcək.Maili bucaq altında atacaqsan yəni,Əziz Nesindəki Nüman bəy kimi.Yoxsa ABŞ və İsrail dədəvi belivə sarıyar,pətənəyini dağıdar, "Sehrli xalat"dakı xan necə dördayaq qaçırsa sən də elə qaçarsan Tehran küçələrində.Yeri gəlmişkən, əmmamənə öskürüm laləli dağlar başında.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol