Bakının Badamdar qəsəbəsində yerləşən məşhur Bakı Oksford Məktəbi dövlət nəfinə alınıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məktəb binasının müsadirə edilməsi ilə bağlı məhkəmə hökmü bu yaxınlarda icra edilib.
Məktəbin binası ümumilikdə 24 milyon 700 min manat qiymətləndirilib.
Aldığımız məlumata görə, məktəb hələ də eyni binada fəaliyyətini davam etdirir. Rəhbəri isə yenə Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovadır.

Qeyd edək ki, M.Məmmədovanın əri “Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədov korrupsiya cinayətləri ilə bağlı 14 il azadlıqdan məhrum edilib. Cinayət işində qeyd edilir ki, Bakı Oksford Məktəbi onun cinayət yolu ilə əldə etdiyi pulla tikilib. Bu səbəbdən məktəbin binası Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə müsadirə edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə isə hökm qanunu qüvvəyə minib.


Şərhlər
Vallah, cinayət yoluyla əldə edilən pulla tikilib deyəndə ki,hansı şadlıq sarayı,hansı villa adam kimi əldə edilən pulla tikilib ki?Hansını qurdalasan min dənə qəmbərqulusu çıxar.Filan məmurun,filan deputatın,filan nazirin villaları,supermarketlər şəbəkəsi, şadlıq sarayları necə ola bilər ki,əgər qanuna görə onların ticarətlə məşğul olmaları qadağandırsa?Qadağana qarşı getmək isə cinayət deyilmi?Maaşla balaca bir toyuq hini tikmək olmaz,o ki ola villa.
Bu binanin 27 mln azn yox, minimum 27 mln dollar deyeri var bilesiz!