Menu

Paşinyan Brüsselə yola düşüb

04.04.2024, 19:47
Paşinyan Brüsselə yola düşüb

Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsselə səfər edib.

APA xəbər verir ki, bu barədə Ermənistanın Nazirlər Kabineti məlumat yayıb.

Məlumata görə, Paşinyan ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli görüşündə iştirak etmək üçün Brüsselə işgüzar səfərə gedib.

Səfər çərçivəsində aprelin 5-də Paşinyanın Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və ABŞ dövlət katibi Antoni Blinkenlə üçtərəfli görüşü planlaşdırılır.

Eyni zamanda, səfər zamanı Ermənistan Baş nazirinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) rəhbəri Samanta Pauer ilə görüşü nəzərdə tutulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol