Menu

Ağsuda xeyli silah-sursat aşkar edilib

05.04.2024, 10:20
Ağsuda xeyli silah-sursat aşkar edilib

Ağsuda xeyli silah-sursat aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng, 1 ədəd qumbara, 346 ədəd patron, 2 ədəd avtomat darağı və 1 ədəd yivli “TOZ-8” markalı tüfəng aşkar olunub. Profilaktik tədbirlər zamanı isə vətəndaşlar müvafiq sənədləri olmayan 7 ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol