“Bu (Qəzzəya hücumlar-red. ) hücumları tez bir zamanda dayandırın”.
“AzPolitika” xəbər verir ki, bunu ABŞ-nin keçmiş lideri Donald Tramp radio aparıcısı Huq Hevittə müsahibəsində deyib.
O, 7 oktyabrdan bəri Qəzzaya olunan hücumlardan danışıb və İsrailə bununla bağlı xəbərdarlıq edib.
Tramp sülhün vacibliyini vurğulayıb və “İnsanları öldürməyi dayandırın”,-deyə İsrailə çağırış edib.
Tramp israilin Qəzzada dağıtdığı binaların görüntülərini paylaşmasına etiraz edib:“Nifrət etdiyim başqa bir şey də odur ki, davamlı olaraq videolar yayımlayırlar. Hər gecə dağıdılan binaların videolarını paylaşırlar. Bunu etməməlidirlər. İsrail müharibə piarında məğlub olur”.
“AzPolitika.info”


Şərhlər