Menu

“Yaxın günlərdə Azərbaycan ilə Ermənistan arasında müharibə baş verə bilər” – Rusiyalı politoloq

06.04.2024, 14:01
“Yaxın günlərdə Azərbaycan ilə Ermənistan arasında müharibə baş verə bilər” – Rusiyalı politoloq

"Yaxın günlərdə Azərbaycan ilə Ermənistan arasında yeni və kiçikmiqyaslı müharibə baş verə bilər”.

“AzPolitika” xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov “Telegram” kanalından etdiyi paylaşımda bildirib.

Rusiyalı politoloq hesab edir ki, buna Paşinyanın son atdığı addımlar səbəb ola bilər.

“Paşinyan Brüsseldə ABŞ dövlət katibi və Avropa İttifaqının rəhbəri ilə çox uğurlu danışıqlar aparıb. ABŞ və Avropa İttifaqı tərəfindən Ermənistana irimiqyaslı hərbi yardım ayrılacaq. Bundan dərhal sonra sərhəddə hərbi gərginlik artıb. Ermənistan Ukraynanın yolu ilə gedir? Yoxsa Ermənistanı Ukraynanın yoluna itələyirlər?”,-deyə politoloq qeyd edib

“AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol