Menu

ERMƏNİ GENERALIN OĞLUNU ƏSİR GÖTÜRƏN ƏFSANƏVİ KƏŞFİYYATÇIMIZ - VİDEO

06.04.2024, 22:02
ERMƏNİ GENERALIN OĞLUNU ƏSİR GÖTÜRƏN ƏFSANƏVİ KƏŞFİYYATÇIMIZ - VİDEO

Murov qəhrəmanı əfsanəvi kəşfiyyatçı Aprel döyüşlərinin qəhrəmanı Raquf Orucovun şəhadətindən 8 il ötür.

Döyüş yoldaşları onunla bağlı xatirələrini bölüşüblər: “Həmişə Ağdama baxıb deyərdi ki, Ali Baş Komandan əmr versə, torpaqlarımızı canımız bahasına olsa da, düşmən tapdağından azad edərdik”.

O, Ağdamda dünyaya göz açıb. 1990-cı ildə sovet ordusundan imtina edib, Milli Orduya qoşulub.

Birinci Qarabağ müharibəsində Xocalıda Fərrux dağı və Aranzəmin kəndində gedən döyüşlərdə qəhrəmanlıq göstərib və erməni generalın oğlunu əsir götürməklə yaddaşlarda qalıb.

1993-cü il iyunun 12-də kəndinin işğal edilməsi və anasının həlak olması onun gələcək həyatını müəyyənləşdirir. Ali hərbi təhsil alır. Peşəkar kəşfiyyatçı olur.

O çox məsuliyyətli və diqqətli adam idi. Əsgəri ilə kəşfiyyata gedək tək komandir idi. Düşmən generalının oğlunu əsir götürüb. 26 il Vətənin keşiyində dayanıb.

Ətraflı “AzTV Xəbər”in süjetində:

Şərhlər

X 2024-04-06 16:39:58

Oğlumun komandiri olub. Allah rəhmət eləsin.
Ad almamış Milli Qəhrəmanımız. Hər cümə axşamı rəhmətlik anasının qebrin ziyarət edərdi üstünə çiçək qoyardı. Oğlum bunun şahidi olub kəşfiyyatci idi əsgəri xidmətde

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol