Azərbaycandakı toylarda məşhur brendlərin adlarından istifadə edib insanlara saxta içkilər təklif edilir.
"Report"un məlumatına görə, bunu deputat Novruzəli Aslanov Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında "Qida təhlükəsizliyi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, yenilənmiş qanun qüvvəyə minəndən sonra kiçik, kustar üsuldan istifadə edən istehsal sahələri bağlanacaq: "Ən çox vergi ödənişi məhz bu sahədədir. Keçmiş zamanlardan bu günə qədər biz kustar üsulla məhsulların hazırlanması ilə bağlı böyük problem yaşayırıq. Bu məhsullar insanlara, cəmiyyətə təhlükədir. Əsas hədəf həmin kustar üsullu müəssisələri sıradan çıxarmaqdır. Düşünürəm ki, bu qanun layihəsi çox vacibdir və hər bir insanın sağlamlığına xidmət edəcək".


Şərhlər
Nə qədər ki Azərbaycanda evlənənlərin toyunu şadlıq sarayı sahibləri edəcək,yeməyə-içməyə nə istəsələr sırıyacaqlar.Camaatın ağlı olsun getsin kafeni,restoranı bircə günlüyə icarəyə götürsün,toyunu özü eləsin özü istədiyi kimi.Həm ləzzətli,həm xeyli ucuz.Sovet vaxtındakı kimi.Özü istədiyi kimi toy eləmək istəmirsə onda şadlıq sarayı sahibləri düz eliyir nə eliyirsə,çünki öz toyumuzu keçirmək qaydasını könüllü olaraq onların ixtiyarına buraxmışıq.
Sizlər nə vaxtdan yerli içkiləri içən olmusuz ?Zatən bizdə istehsal olunan butun qazlı ,qazsız ,şirəli ,spirtli içkilər standartlara uyğun deyil ,yoxlayırlar ,paket alıb susurlar ,zəhərlənən kasıb-kusubdur