Menu

“Vaqner”in 3 min döyüşçüsü Kadırovun sərəncamına keçdi - Onlara kim rəhbərlik edəcək?

06.04.2024, 16:52
“Vaqner”in 3 min döyüşçüsü Kadırovun sərəncamına keçdi - Onlara kim rəhbərlik edəcək?

“Vaqner” PMC-nin üç min keçmiş döyüşçüsü Çeçenistan rəhbəri Ramzan Kadırova faktiki tabe olan “Axmat” xüsusi təyinatlı dəstəsinə qoşulacaq.

“AzPolitka” xəbər verir ki, bu barədə Kadırov özü “Teleqram” kanalında bildirib. Onun sözlərinə görə, bu məsələ artıq Rusiya Müdafiə Nazirliyi ilə razılaşdırılıb.

Vaqnerçilər orada PMC hücum dəstəsinin keçmiş komandiri, “Ratibor” ləqəbi ilə tanınan Aleksandr Kuznetsovun komandanlığı altında ayrıca alay təşkil edəcəklər.

Kuznetsovun əvvəllər ehtiyatda olan polkovnik-leytenant hərbi rütbəsinin olduğu bildirilirdi.

O, qrupun yarandığı gündən “Vaqner” PMC-də xidmət edib, Sudan, Suriya və Liviyada muzdlu əməliyyatlarda iştirak edib. Onun komandanlığı altındakı bir dəstə Ukraynada döyüşüb. Bildirilib ki, Prezident Vladimir Putin ona qapalı fərmanla “Rusiya Qəhrəmanı” adına layiq görülüb.

2023-cü ildə Vaqnerin yaradıcısı Yevgeni Priqojin və Ramzan Kadırov arasında münaqişə zamanı Kuznetsov “Axmat”ın real döyüşlərdə iştirak etmədiyinə eyham vurmuşdu.

“AzPolitika.info”

Şərhlər

ƏNHU 2024-04-06 18:14:14

Bu qırmızısaqqal gədə artıq quldura çevrilib. Prezidentlikdən çox quldur olduğunu çəkinmədən bəyan və sübut edir. İslam dünyasının iki üz qarası var. Biri budur, biri də Xamneyi.Bu iki sima İslam haqınnda qorxunc təsəvvürlər yaradır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol