Xəbər verdiyimiz kimi, İsrailin aprelin 1-də Suriyanın Dəməşq şəhərindəki İran konsulluğunun binasına həyata keçirdiyi hava hücumu nəticəsində İran İnqilab Keşikçiləri Ordusunun (SEPAH) ikisi general olmaqla 7 üzvü həlak olub. Hadisədən sonra Tehranın qisas bəyanatları artıb, İsrail və ABŞ-nin bölgədəki qüvvələri təşvişə düşüb.
ABŞ-nin “New York Times” (NYT) qəzeti xəbər verir ki, İran rəsmilərinin sözlərinə görə, Tehran birbaşa İsrailə hücum etmək qərarına gəlib.
Amerika mətbuatına açıqlama verən ABŞ rəsmiləri də İranın hücumunun qaçılmaz olduğunu və bunun dəstəklədiyi qruplar vasitəsilə deyil, birbaşa Tehrandan gələcəyinə inandıqlarını bildiriblər. Vaşinqton və Təl-Əviv hökumətləri ABŞ və İsrailin aktivlərinin və personalının hədəfə alınma riski altında olduğunu gözləyirlər. Amerika kəşfiyyatının məlumatına görə, İran Ramazan bayramına qədər İsrailin diplomatik nümayəndəliklərini kamikadze pilotsuz təyyarələr və qanadlı raketlərlə hədəfə alacaq.
İsrail ərazisinə qarşı hər hansı cavab tədbiri, ehtimal ki, mülki şəxslərdən çox hərbi və ya kəşfiyyat hədəflərinə yönələcək. Tehrana "Yaxın Şərqdə gərginliyi daha da artırmamaq üçün Amerika bazalarına və strukturlarına hücum etməmək" barədə xəbərdarlıq edən Vaşinqton hər ehtimala qarşı bölgədə yüksək hazırlıq vəziyyətindədir.
Tehrandan gələn təhdidlərdən dərhal sonra İsrail ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib, hərbçilərin bütün məzuniyyətləri ləğv edilib və əlavə hava hücumundan müdafiə bölmələri müharibəyə hazır vəziyyətə gətirilib. Hərbi sayıqlığa baxmayaraq, hakimiyyət orqanlarının ictimaiyyətə “çaxnaşmaya ehtiyac yoxdur” açıqlamaları effektli olmur. İsraillilər generatorlar, ərzaq və nağd pul yığmağa başlayıbar. İsrail mətbuatına danışan bazar zəncirinin sahibləri su və generator ehtiyatlarının qısa müddətdə tükəndiyini, bəzi bölgələrdəki bələdiyyələrin isə sakinləri “hər cür ssenariyə hazır olmağa” çağırdığını bildirib.
NYT yazır ki, ordunun “bəzi təhdidləri neytrallaşdırmaq üçün” bölgədəki GPS siqnallarını işlək olmayan vəziyyətə gətirməsi çaxnaşmanı daha da artırıb. (musavat.com)

Şərhlər
Davamı; Onu da bilin ki, İran bu əməllərə dədəsinin xeyratına razılaşmır.Hər belə avantüralar ərəfəsində ABŞ İranın 40 ildir dondurulmuş aktivlərinin müəyyən qədərini İrana geri verməklə etdirir bunu.Keçən ilin oktyabrında İranın hökmündə olan HƏMAS-ın İsrailə hücumundan az əvvəl ABŞ tərəfindən İrana toplam 7 milyard dollara qədər qaytarılmışdı, indi də konsulluğun vurulmasından az əvvəl daha 10 milyard dollar qayatrılacağı sözünü verib.İran İsraildən “qisas almaq” üçün razılaşdırılmış raketləri atarkən hədəfin özünə deyil hədəfin yan-yörəsinə atacağı halda vəd edilmiş pulların tamamını alacaq. ABŞ artıq İrana qəti bildirib ki,bax haa,hərbi bazalarımıza bir tək raket fırlatma,yoxsa dədəni yandırram.Başqa haramızı istərsən vur,amma xətər toxunmasın heç kimə o raketlərdən.Yəni ABŞ əmmaməbaşlara onların öz milyardlarını rüşvət verərək istədiyi işləri gördürür onlara.İran da “ayə,mən bunların harasını vurum ki, sonra məni minməsinlər” deyə düşünmək üçün 48 saat vaxt istəyib onlardan.Nağarsın,vurmağa məcburdu.Amma ürəyindən yox,budunnan,baldırınnan.”Bir cənub şəhərində”ki kimi.48 saat artıq 72 saatdan da çox olub,amma hələ bir qərara gələ bilməyib əmmaməbaşlar.Yaman yerdə ilişiblər yəni.
Pay atonnan! Adə qlobal miqyasda avantüraya bax ee.Bayden-Netanyahu-Xameneyi triosu gizlicə danışıb sövdələşib hoqqabazlıq eləyirlər,ara yerdə bəşəriyyətə çaxnaşma,vəlvələ salırlar ki hər kəs bunun son dərəcə ciddi iş olduğunu qəbul etsin.Bəşəriyyəti lap ənayi yerinə qoyublar ee mən ölüm.A balam,vallah-billah ciddiyə alınacaq heç bir şey yoxdu. Çünki məsələ belədir: İlin axırında ABŞ-da hakimiyyətə Tramp gələcək, bunu bilməyən yoxdur,onun da əsas vədi odur ki,Suriya və İraqdan ABŞ qoşunlarını çıxaracaq,İsraili müdafiə bəhanəsilə gətirlmiş ABŞ gəmilərini də geri çəkəcək.Dörd il qabaq qoşunları çəkməyə hazırlaşmışdı,amma irəlidə Ukrayna planı və İsrailin Fələstini boşaltması planını quranlar seçkilərdə saxtakarlıq edib qatı-qutu salaraq robot Baydeni hakimiyyətə gətirdilər.İndi Trampın təkrar hakimiyyətə gəlişi zamanı yaxınlaşır, ABŞ öz qoşunlarını geri çəkməsin deyə “İsrailə qarşı təhlükə var” həyəcanı yaradılmalıydı, odur ki Bayden-Netanyahu-Xameneyi üçlüyü gizli razılığa gəliblər ki,İsrail İranın konsulluğunu vursun, ardınca İran İsraildən qisas almaq üçün hədələsin,daha sonra İsrailin bir-iki obyektinin yan-yörəsinə raket buraxsın, bütün dünya görsün ki məsələ deyəsən ciddiləşib,ABŞ da desin ki belə bir şəraitdə İsraili yalnız başına qoyammarıq,qoşunları geri çəkməyi təxirə salmağa məcburuq.Tramp da hakimiyyətə gələndə qoşunları geri çəkmək istəsə Konqresin əlində əsas olsun buna qarşı çıxmağa ki,hələ vaxtı deyil, yoxsa İsrail tək qalar İran kimi qudurğanla.Tramp da ABŞ qanunlarına görə iki dəfə Konqresdən tələb edə bilər eyni qərarını,üçüncü dəfə tələb edən prezident üçün isə impiçment məsələsini qaldırar Konqres,yəni prezidentlikdə qalsınmı qalmasınmı məsələsini.Vəssalam.O da məcbur olub Konqresə tabe olacaq. Üstəlik,ABŞ və İsrailin guya “tir-tir əsməsi” neft qiymətinin birdəncə kəlləçarxa çıxmasına da faydalıdır ABŞ rezervuarlarının müftə İraq və Suriya neftiylə yenə dolub daşdığı bu ərəfələrdə.Baha satmaq lazımdı axı.Yəni İran hədələri qarşısında süni drojeniya verməklə iki ənayi quşu vurmuş olacaq ABŞ-la İsrail. Bir Tramp qərarını, bir də neft qiymətlərini. O kadar net yani yau kardeşim.
« müsavat .com.» yazdı ,bizlərdə inandıq .Molla rejimi belə hay-küyü bizə qarşıda edir .Mollalar axmaq deyil ,bilirlərki ,müharibə fars rejiminin sonu deməkdir