Menu

Hacı Əliyev Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb

07.04.2024, 19:01
Hacı Əliyev Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb

Hacı Əliyev Paris-2024 Olimpiya Oyunlarına lisenziya qazanıb.

Apasport.az xəbər verir ki, 3-qat dünya çempionumuz buna Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirində imza atıb.

Az öncə o, Həmzət Arsamerzoyevə (Fransa) 5:2, ardınca Niurqun Skriabinə (AİN) hesabı ilə qalib gələrək yarımfinalda İslam Dudayevlə (Albaniya) qarşılaşıb. 65 kq çəkidə çıxış edən Əliyev həlledici qarşılaşmanı da aktivinə yazıb. O, 0:3 hesabı ilə geridə olsa da, rəqibini 6:3 hesabı ilə məğlub edib. Bu qələbə Hacıya olimpiya lisenziyası qazandırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol