Menu

İsraildə böhran: Hökumət istefaya göndərildi

03.12.2014, 17:34
İsraildə böhran: Hökumət istefaya göndərildi

İsraildə hakim siyasi koalisiya dağılıb. AzVision.az-ın “TASS” agentliyinə istinadən xəbər verir ki, baş nazir Binyamin Netanyahu maliyyə naziri Yaira Lapida və ədliyyə naziri Çipi Livnini istefaya göndərilib.

İstefaya göndərilən nazirlər müvafiq olaraq “Eş Atid” partiyası və “Ha-Tbua” hərəkatına rəhbərlik ediblər. Koalisiyanın dağılması ilə əlaqədar olaraq Netanyahu yaxın vaxtlarda ölkədə növbədənkənar seçkilərin keçirilməsini elan edəcək.

“Növbədənkənar seçkilər – pisdir, lakin tərkibində kabineti içərisindən silkələyin nazirlərin olduğu kabinet daha da pisdir. Ona görə də, təcili seçkilər keçirilməli və vahid və güclü hakimiyyət formalaşdırılmalıdır”, - deyə Netanyahu vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol