Menu

Netanyahudan narazı olanların sayı getdikcə artır – Son sorğunun nəticələri açıqlandı

08.04.2024, 10:36
Netanyahudan narazı olanların sayı getdikcə artır – Son sorğunun nəticələri açıqlandı

İsrail Fələstində mülki insanları hədəf almağa davam edərkən, İsrailin Baş naziri Benjamin Netanyahuya qarşı etirazlar getdikcə artır.

“AzPolitika” xəbər verir ki, bu barədə İsrail dövlət televiziyası “KAN”-ın keçirdiyi sorğu nəticəsində məlum olub ki, insanların əksəriyyəti Netanyahunun Qəzza zolağındakı müharibəni yaxşı idarə etmədiyini düşünür.

Sorğuda iştirak edənlərin 68 faizi Netanyahunun 7 oktyabr 2023-cü ildən Qəzza zolağına qarşı müharibəni yaxşı idarə etmədiyini, 29 faizi yaxşı idarə etdiyini, 3 faizi isə qərarsız olduğunu bildirib.

İsraillilərin 45 faizi oktyabrın 7-də baş verən hadisələrə görə Netanyahunu, 35 faizi ordunu, 3 faizi isə müdafiə naziri Yoav Qallantı günahkar hesab etdiyini deyib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol