Menu

Kollec direktoru işdən azad edilib

08.04.2024, 10:57
Kollec direktoru işdən azad edilib

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Rizvan Qənbərov işdən azad edilib.

Bu barədə APA-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd edilib ki, martın 29-da Agentliyin nümayəndələri Tovuz Dövlət Sosial-İqtisadi Kollecində monitorinq keçiriblər. Monitorinq zamanı tədris sənədlərinə baxış keçirilərək müvafiq təhlillər aparılıb. Nəticədə 4 aprel 2024-cü il tarixli əmrlə Kollecin direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol