Menu

ABŞ yardımının vaxtı bilinmir, Ukrayna isə... - “Ordu çətin qərarlar verməyə məcburdur”

08.04.2024, 15:05
ABŞ yardımının vaxtı bilinmir, Ukrayna isə... - “Ordu çətin qərarlar verməyə məcburdur”

Qərbin yardımının gecikməsi Rusiya ordusuna böyük itkilərə baxmayaraq, hücum əməliyyatlarını gücləndirməyə imkan verir.

“AzPolitika” xəbər verir ki, ABŞ Müharibə Araşdırmaları İnstitutunun (ISW) yeni hesabatında belə deyilir.

Analitiklər qeyd edirlər ki, Ukrayna ordusu yardımın gecikdirilməsinin Ukraynanın döyüş meydanında təşəbbüsü itirməsilə nəticələnəcyinə dair xəbərdarlıq etmişdi. Həm də döyüş sursatının olmaması uğurlu hücum və müdafiə əməliyyatlarına imkan verməyəcək.

Ekspertlər əlavə edib ki, hərbi yardımın gecikdirilməsi Ukrayna Silahlı Qüvvələrini müdafiənin müəyyən aspektlərinin prioriteti ilə bağlı çətin qərarlar qəbul etməyə məcbur edir, çünki ABŞ-dən yardımın nə vaxt gələcəyi məlum deyil.

Yada salaq ki, Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanovun sözlərinə görə, Ukrayna Rusiyanın yazın sonu və yayın əvvəlində, xüsusən də Donbasda hücum hərəkətlərini gücləndirəcəyini gözləyir.

Prezident Volodimir Zelenski isə daha əvvəl demişdi ki, əlavə 300 min nəfəri orduya çağırdıqdan sonar Rusiyanın hücumunu zərərsizləşdirmək olar.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol