İsrail, ABŞ və Misirin kəşfiyyat rəhbərlərinin Qahirədə görüşü baş tutacaq.
“AzPolitika” xəbər verir ki, bu barədə İsrailin “Walla” nəşri öz mənbələrinə istinadla məlumat yayıb.
Mənbələr bildiriblər ki, “Mossad” direktoru David Barnea, “Şin-Bet” direktoru Ronen Bar, itkin düşənlər və əsirlərə görə məsuliyyət daşıyan İsrail ordusunun komandiri Nitzan Alon bu axşam Misir Kəşfiyyat İdarəsinin rəisi Abbas Kamil və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Bill Börns ilə görüşmək üçün Qahirəyə gedəcək.
Qeyd olunur ki, görüş zamanı Qəzza məsələsi, HƏMAS-İsrail savaşının gələcək taleyi, eləcə də israilli əsirlərlə bağlı bir sıra məsələlər müzakirə ediləcək.
“AzPolitika.info”


Şərhlər
Həm də "İranın "qisas" məqsədli raketləri Misir çöllərinə düşsə narahat olmayın" deməyə gediblər.Danışılıb yəni.Ya çöllüyə,ya da ən uzağı Nil çayının içinə atacaqlar.Narazısınızsa, deyək başqa islam ölkələrinə atsın raketləri.