Ukraynada bir nüvə enerji stansiyasında qəza baş verib.
Ukarynanın Baş Naziri Arseny Yatseniuk, qazanın, ölkənin cənub-şərqindəki Zaporojye stansiyasında meydana gəldiyini bildirib.
Ukraynanın energetika naziri məsələ ilə bağlı verdiyi açıqlamada Zaporojye Atom Elektrik Stansiyasında baş verən qəzanın bölgədə bir təhlükəyə səbəb olmayacağını və stansiyanın yenidən fəaliyyətə başlayacağını bildirib.
"Interfax"da yer alan xəbərə görə, qəza stansiyanın 3-üncü blokunda yerləşən 1000 meqavattlıq reaktorda baş verib. /"Marja"


Şərhlər