Pakistanın Xayber Paxtunxva (KP) və Bəlucistan əyalətlərində son iki gündə baş verən ayrı-ayrı terror hadisələri və təhlükəsizlik əməliyyatları zamanı biri yüksək rütbəli polis məmuru da daxil olmaqla, altı təhlükəsizlik əməkdaşı ölüb, 12 yaraqlı öldürülüb.
Pakistan silahlı qüvvələrinin media qanadı olan Xidmətlərarası İctimai Əlaqələr (ISPR) bildirib ki, Bəlucistan əyalətində iki ayrı insidentdə dörd yaraqlı öldürülüb.
ISPR-in xəbərinə görə, Xeyber-Paxtunxvada (KP), təhlükəsizlik qüvvələrinin onlara qarşı əməliyyat keçirməsi nəticəsində Dera İsmayıl Xan bölgəsindəki Kot Sultanda səkkiz yaraqlı öldürülüb. Təhlükəsizlik qüvvələri öldürülən yaraqlılardan silah, sursat və partlayıcı maddələr ələ keçirib. Xayber-Paxtunxva əyalətindəki Lakki-Marvatda iki ayrı hadisə nəticəsində silahlı təcavüzkarlar polis rəisinin müavini və iki polis məmurunu öldürüb, biri yaralanıb.
Rəsmilər bildiriblər ki, polislər Ramazan bayramı öncəsi təhlükəsizlik hazırlıqları çərçivəsində sıx Peşəvər-Kəraçi avtomobil yolunda müvəqqəti nəzarət məntəqəsi qurub.
Terrorla Mübarizə İdarəsinin (CTD) rəisi şənbə günü gecə Tank rayonunda Mian Lal polis postunun yaxınlığında naməlum şəxslər tərəfindən öldürülüb.
Baş nazir Şahbaz Şərif Lakki Marvatda polisə hücumu şiddətlə qınayıb. O, “X” sosial media platformasına paylaşım edib: “Terrorçuların qorxaq hərəkətləri bizim qətiyyətimizi sarsıda bilməz”.
2021-ci ilin avqustunda “Taliban”ın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra Pakistan zorakılıqların artması ilə üzləşib.
Pakistan təhlükəsizlik qüvvələrinə, bir çox hallarda pakistanlı “Taliban” tərəfindən silahlı hücumların artması İslamabad və Əfqanıstanın “Taliban” rəhbərliyi arasında münasibətlərin kəskinləşməsinə səbəb olub.
AzPolitika.info


Şərhlər