“Heç bir eskalasiya riski yoxdur, biz bunu görəndə tam müdafiəyə keçəcəyik”.
“AzPolitika" xəbər verir ki, bunu Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri, hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Andranik Köçəryan jurnalistlərlə söhbətində deyib.
Onun fikrincə, Ermənistan daxilində də sülh prosesinə mane olanlar var. “Sərhəddə atışma olub, şüşələri sındırıblar. Biz onları təmir edəcəyik və hər şeyi edəcəyik ki, belə kadrlar hətta Aİ müşahidəçiləri səviyyəsində də qiymətləndirilsin, atışma olmasın”, - deputat əlavə edib.
“AzPolitika.info”


Şərhlər