Ermənistanda 2024-cü ilin ilk iki ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 390 az uşaq doğulub.
“Report” xəbər verir ki, bu barədə Ermənistan Milli Statistika Xidməti məlumat yayıb.
Qeyd olunub ki, 2024-cü ilin yanvar-fevral aylarında doğulan uşaqların sayı 5 477, 2023-cü ildə 5 867 olub.
Eyni zamanda, yanvar-fevral aylarında ölənlərin sayı 371 hadisə artaraq 4914-ə çatıb.
Ermənistanda insanlar daha çox qan dövranı sistemi xəstəlikləri, onkologiya və tənəffüs sistemi xəstəliklərindən ölürlər.


Şərhlər
Ermenıstana butun dunya urek dırek verır....Avropanın hımayesı altındadır...... ÖLENLERIN SAYI DOGULANLARIN SAYINI ŪSTELEYIR......BIZDE ONKILIGIYA XESTELIYINDE DUNYADA 1 CI YERLERDEN BIRINI TUTURUQ......AVROPAYA INTEQRASITA TAM DAYANIB....AMMA BIZDE TERSINEDIR.....MARAQLIDIR....