Amerikanın aparıcı neft bazarı investorları və mütəxəssislərindən biri kimi göstərilən T. Boone Pickens, neft, OPEK və Rusiya ilə bağlı münasibətini bildirib.
Pickens, bu il tələbatın proqnozlardan aşağı qaldığını, qiymətlərin qarşıdakı 12 - 18 aylıq dövrdə isə 100 dollara geri qayıdacağını dilə gətirib.
Pickens, qiymətlərin artmasında ABŞ-ın şist nefti hasilatının bu prosesdən daha əvvəlki illərdəki qədər çox olmamasının təsirli olacağını iddia edib.
Pickens, OPEK-in “hasilatı azaltmayacağıq” demədiyini və neft kartelinin istehsalı azaltmaq məcburiyyətində qalacağını deyib. İstehsalı azaltmaq gücünə malik olan yeganə ölkənin Səudiyyə Ərəbistanı olduğunu bildirən Pickens, Səudiyyə Ərəbistanının qiymət 10 il ərzində 70 dollarlarda qalsa belə, aşağı qiymət prosesini davam etdirməyə nağd pul ehtiyatının olduğunu qeyd edib. Ancaq Pickens, bunun digər OPEK üzvləri üçün keçərli olmadığını söyləyib. /"Marja"

Şərhlər