Menu

“İran İsrailə birbaşa hücum etməyəcək” - “CNN”

09.04.2024, 14:59
“İran İsrailə birbaşa hücum etməyəcək” - “CNN”

İranın İsrailə birbaşa hücum etmə ehtimalı azdır. Tehran bunun üçün Yaxın Şərqdəki proksi qüvvəərindən istiafadə edəcək.

“AzPolitika” xəbər verir ki, bu barədə “CNN” nəşri adı açıqlanmayan ABŞ kəşfiyyat mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, Tehran dövlətlərarası müharibə ehtimalından ehtiyat edir, ABŞ və tərəfdaşlarının əlinə İrana hücum üçün bəhanə vermək istəmir.

Lakin buna baxmayaraq, ABŞ kəşfiyyat mənbələri iddia edirlər ki, İran yaxın günlərdə İsrailə genişmiqyaslı pilotsuz təyyarələr və raket hücumları həyata keçirməklə bağlı öz proksi qüvvələrinə çağırış edib.

“AzPolitika.info”

Şərhlər

dadaşyev 2024-04-10 01:04:17

İran İsrailin qabağından yedi yəni.Ə,donqili,bəs deyirdin 48 saata kimi narı dənələ gətir,noldu bə?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol