Menu

İcra başçısı onu özünə birinci müavin təyin etdi - FOTO

09.04.2024, 20:22
İcra başçısı onu özünə birinci müavin təyin etdi - FOTO

Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısına birinci müavin təyin edilib.

"AzPoıitika.info" xəbər verir ki, manset.az-ın əldə eydiyi məlumata görə, icra başçısı Elxan Allahverdiyevin əmri ilə, Hacıbaba Babayev Adil oğlu başçının birinci müavini vəzifəsinə təyinat alıb.

O, bu təyinata qədər Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, bir müddət öncə Binəqədi Rayon İcra Hakimiyyəti başçısına birinci müavini Leysan Məmmədov Novruz oğlu qısa müddət çalışdıqdan sonra istefa vermişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol