Rusiya Ukraynadakı müharibəni daha da genişləndirmək niyyətindədir.
"AzPolitika" xəbər verir ki, bunu ukraynalı siyasətçi Oleksiy Honçarenko ABŞ-nin “Atlantic Council” analitik mərkəzi üçün qələmə aldığı məqaləsində qeyd edib.
Ukraynalı siyasətçi Rusiya Prezidenti Vladimir Putinin daha böyük müharibə istədiyini və Moskvanın 4 ölkəni öz sərhədlərinə daxil etməyi planlaşdırdığını iddia edib.
"Qərbin Ukrayna müharibəsindəki zəifliyi Rusiyanı hərəkətə keçirə bilər. Qərb ölkələri Avropanın şərq sərhədindəki geosiyasi fəlakətdən xəbərsizdirlər. Ukrayna lazımi dəstəyi tez bir zamanda almasa, Putinin bu planını gerçəkləşdirmək şansı artacaq. Əgər Putin Ukraynada qalib gəlsə, o, daha da irəli gedəcək",-deyə Honçarenko bildirib.
Honçarenko əlavə edib ki, Rusiya tarixən tərkibində olmuş ölkələri hədəf ala bilər. Ukraynalı siyasətçi işğal təhlükəsi altında olan bu 4 ölkənin - Moldova, Gürcüstan, Belarus və Qazaxıstan olduğunu bildirib.
"AzPolitika.info"


Şərhlər