"Rusiya bu il Ukraynaya qarşı müharibəyə 400 min müqaviləli hərbçi toplamağı planlaşdırır".
"AzPolitika" xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi "X" sosial media hesabından məlumat yayıb.
Kəşfiyyat məlumatlarına əsaslanan xəbərdə paylaşımda qeyd olunub ki, Rusiyada yaz hərbi xidmətə çağırış prosesi artıq aprelin 1-dən başlayıb. Səfərbərlik çərçivəsində yaşı 18-30 arasında olan 150 min vətəndaşın hərbi xidmətə çağırılacağı bildirilib.
Məlumatda qeyd olunub ki, 2024-cü ilin sonuna qədər 400 min müqaviləli hərbçi toplamaq istəyən Rusiyanın məqsədi Ukraynada böyük itkilər verən qüvvələrini saxlamaqdır.
Bildirilib ki, Rusiya silahlı qüvvələrinin sayını bu il 1,32 milyona, gələn il isə 1,5 milyona çatdırmaq istəyir.
"AzPolitika.info"


Şərhlər