“Həqiqi Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədi ambisiyaları olan ölkələrin iştahını məhdudlaşdıran amildir. “Tarixi Ermənistan” isə bir sıra ölkələrlə əlaqələrimiz üçün əsas əhəmiyyət kəsb edir. Bu, bir sıra ölkələrlə əbədi düşmənçiliyimizə zəmanətdir və bu ölkələrin bizə qarşı təcavüzkar siyasət yeritmək üçün səbəbləri və izahatlarının olacağına zəmanətdir”.
“AzPolitika.info” xəbər verir ki, bunları Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O, vurğulayıb ki, “tarixi Ermənistan” həm də onların kənardan köməksiz yaşaya bilməyəcəklərinə və ona görə də həmişə “böyük qardaşa” ehtiyacları olacağına zəmanətdir: “Bu, artıq bizim real dövlətə, həqiqi müstəqilliyə malik olmayacağımıza zəmanətdir. Çünki “tarixi Ermənistana” baxışımız bizi həmişə soyqırım tələsinə aparacaq və bu tələdə bizim onsuz mövcud ola bilməyəcəyimiz “xilaskar”a ehtiyacımız olacaq. Soyqırım təhlükəsi isə bizi həmişə “forpost” statusunda saxlayacaq, “forpost”un suverenliyə, sərhədlərə, müstəqilliyə ehtiyacı yoxdur, “forpost”un yalnız müdafiəyə ehtiyacı var”.
“AzPolitika.info”

Şərhlər
Erməni soyqırımına tələ deyən erməni baş nazir!!! Son dərəcə gözlənilməz bir şeydir.Bu,türklərə düşmənliklə dumanlandırılmış erməni beyinlərində çaxan ildırım kimi bir şeydir.Maraqlıdır ki,seçicilərinin ona qarşı çıxmayacaqlarını bilir ki arxayınlıqla bunu dilə gətirir,çünki belə şeyi demək soyqırımın olduğuna inanmamaq,onun ermənilərə tələ kimi sırındığını deməkdir.Bu da onu göstərir ki,demək bütünlükdə cəmiyyət soyqırımın yalan olduğunu bilirmiş indiyə qədər,amma heç kim dilinə gətirmirmiş.
Bizim torpaqların hesabına yaradılan "Ermənistan" dövlətinin dalında yalnız türklərdən it kimi qorxan və öz qanlarını türk qanına qarışdıraraq " kişiləşən" dövlətlər və xalqlar durur
Pişik indiyədək nəyin uğrunda mübarizə apardığını açıq şəkildə ortaya qoydu. Məncə bu bizə də uyğun görünür. Amma bundan sonra Rusiyanın Paşiki öldürməkdən savayı yolu qalmır. Hər halda Paşik istədiyinə çata bilməsə belə ilk olaraq erməninin beyninə bir toxum səpdi
Bu kadar net yani.Deyir ki"“Həqiqi Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədi ambisiyaları olan ölkələrin iştahını məhdudlaşdıran amildir. “Tarixi Ermənistan” isə bir sıra ölkələrlə əlaqələrimiz üçün əsas əhəmiyyət kəsb edir. Bu, bir sıra ölkələrlə əbədi düşmənçiliyimizə zəmanətdir" və soyqırım da ermənistanı forpost etmək üçün Rusiyanın tələsidir.Yəni ermənistan bu tələyə düşürülüb,ona görə müstəqil ola bilmir "kilaskar böyük qardaş"lardan.Adam bundan artıq necə etiraf etsin ruisların əsl xislətini,iki xalqı bir yerdə mehriban yaşamağa qoymadığını.