Türkiyə Futbol Federasiyası "Qalatasaray"la Superkubok matçının 2-ci dəqiqəsində meydanı tərk edən "Fənərbağça" ilə bağlı qərar verib.
QOL.az xəbər verir ki, İntizam Komitəsi komandaya 0:3 hesablı texniki məğlubiyyət verib. Bundan başqa, "Fənərbağça" 4 milyon lirə (təqribən 210 min manat) məbləğində cərimə olunub.
Eyni zamanda, klubun idarə heyətinin üzvü, komandanın meydanı tərk etməsinin əsas təşəbbüskarı Ahmet Ketençi 520 min lirə (təqribən 27 min manat) cərimələnib.
Xatırladaq ki, Türkiyə Superkuboku matçının 1-ci dəqiqəsində "Qalatasaray" hesabı açıb və 2-ci dəqiqədə "Fənərbağça" meydanı tərk edib. Oyuna U-19 komandası ilə çıxan "Fənərbağça" Türkiyə Futbol Federasiyasına etiraz məqsədilə meydandan çəkilib.


Şərhlər