Menu

Konfrans Liqası: "Fənərbağça" ilk oyunda məğlub olub

11.04.2024, 22:59
Konfrans Liqası: "Fənərbağça" ilk oyunda məğlub olub

Türkiyənin "Fənərbağça" klubu UEFA Konfrans Liqasının 1/4 final mərhələsində ilk oyununu keçirib.

"Report"un məlumatına görə, İsmail Kartalın baş məşqçisi olduğu kollektiv Yunanıstanda "Olimpiakos"un qonağı olub.

Qarşılaşma İstanbul təmsilçisinin məğlubiyyəti ilə yekunlaşıb - 2:3.

Tərəflər arasındakı cavab görüşü bir həftə sonra Türkiyədə olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol