Menu

Çingiz Abdullayevin son durumu açıqlanıb - YENİLƏNİB

13.04.2024, 10:13
Çingiz Abdullayevin son durumu açıqlanıb - YENİLƏNİB

Səhhətində yaranan problemə görə Mərkəzi Gömrük Hospitalına yerləşdirilən Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayevin vəziyyəti yaxşılaşıb.

Bu barədə “Report”a onun yaxınları məlumat verib.

Bildirilib ki, Ç.Abdullayevin həyatı üçün təhlükə sovuşub, durumu sabitləşib. Hazırda Xalq yazıçısının müalicəsi xəstəxana şəraitində davam etdirilir.

Qeyd edək ki, Ç.Abdullayev bir neçə gün əvvəl zəhərlənib. O, xəstəxana şəraitində müalicə alaraq evə buraxılmışdı. Xalq yazıçısı səhhətində yenidən problem yarandığından hospitala yerləşdirilib.

Xatırladaq ki, Ç.Abdullayev 1959-cu il aprelin 7-də anadan olub. 2005-ci ildə Xalq yazıçısı adına layiq görülüb.

***

Xalq yazıçısı Çingiz Abdullayevin vəziyyəti ağırdır.

"Lent.az" xəbər verir ki, yazıçı Mərkəzi Gömrük Xəstəxanasında reanimasiyaya yerləşdirilib.

Çingiz Abdullayev 3 gün öncə zəhərləndiyinə görə xəstəxanaya aparılıb, sonra evə buraxılıb.

Bu gün onun halı yenidən pisləşib.

Şərhlər

dadaşyev 2024-04-13 12:09:12

Allah şəfa versin.Detektiv janrda yazsa da dünyada hazırda bir tək bununla tanınır Azərbaycan yazıçılığı.Görünür bayramda bolluca yeyib,kababın üstündən tort-filan,ayranın üstündən gilas kompotu,xurmaynan xiyar turşusu,qarışdırıb hər şeyi,ona görə mədəsi üsyan edib,deyib nədə bu..A balam,yaşını nəzərə al,sonra ye də.Nə xəbərdi axı?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol