Aprelin 13-ü saat 08:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Azərbaycan Ordusunun bölmələri qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görüb.

Şərhlər
Qərb ortaya belə bir qorxu atıb şişirtməkdədir ki,ermənistan nə etsə də biz cavab verməməliyik,yoxsa bizi suçlu çıxaracaq,sanksiya -filan tətbiq edəcək.Və biz də qorxub ermənistan gücləndirilənə qədər susmalıyıq.Bu Qərbin çox hiyləgərcəsinə düşündüyü üsuldur.Yau kardeşim,Çingizxan deyib ki,ən yaxşı müdafiə hücumdu.Yəni gördün atırlar,sən ikiqat at.Gördün athaatdı,sən də at.Ox yeyir Qərb həm ölüsü,həm dirisiynən.Onsuz da bizə qarşı sanksiya tətbiq eləmək fikirləri varsa hərləyib-fırlayıb bir bəhanəsini tapıb edəcəklər.Qorxunun əcələ faydası yoxdur.Amma gücümüzü göstərəndə ağılları başlarına gələcək. At kardeşim,at.Vallah yoxsa yeyərlər bizi.