Menu

Boşanmalar artır: Əsas səbəblər nələrdir? - VİDEO

14.04.2024, 00:00
Boşanmalar artır: Əsas səbəblər nələrdir? - VİDEO

Azərbaycanda bu ilin ilk ayında 1700-dən çox nikah pozulub. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq ayı ilə müqayisədə qurulan ailələrin sayı azalıb, boşanmaların sayı isə çoxalıb.

Bəs bu tendensiyanın əsas səbəbəri nələrdir?

Vəkil-mediator Qasım Şaliyevin sözlərinə görə, işləri təhlil edəndə tərəflərin dünyaya baxış tərzlərinin fərqli olduğu, psixoloji uyğunsuzluqların olduğu üzə çıxır:

“Tərəflər nikahdan əvvəl bir-birilərinə düzgün məlumat vermirlər. Nəticədə nikahdan sonra acı reallıqla qarşılaşırlar. Bu da nikahın pozulmasına səbəb olur”. 

Daha ətraflı İTV-nin süjetində:

Şərhlər

Səfər 2024-04-14 11:30:15

"Əsas səbəb işsizlik,işləyənlətin müqavilələ ilə işləməsi,az maaş,dolanma çətinliti,medada gedən verilişlərin cəmiyyətə uyğunsuzluğu,ətrafda qudurmuş insanların çoxluğu.gecə klub və kfelərin qanuna uyğun olmayam fəaliyyəti,ölkədə ağır sosiaı və psixoloji durumdur

dadaşyev 2024-04-14 00:33:07

Səbəb odur ki,varlılarla yoxsullar arasında elə dərin uçurum var ki,varlıların təkcə villalarına baxanda bədbəxt yoxsul sanki "Min bir gecə"nin sirli aləminə düşür,ağzının suyu şırhaşır axır,odur ki hər təzə gəlin ərinin zəhləsini töküb didib-didişdirir,çığırıb bağırır ki,onu-bunu bilmirəm,əl-ələ tutub o uçurumun üstündən mütləq tullanmalıyıq ki,biz də o varlılar kimi əfsanəvi həyat yaşayaq.Az sonra biləndə ki əri qaz vurub qazan doldura bilən deyil,dərhal boşanır,çünki deyir ömür bir dəfədi,nə yaşadımsa yaşadım.Niyə sənin kimi əfəllə ömrümü heç etməliyəm?Vəssalam.Bir nömrəli səbəb budur.Yoxsa ay xarakter tutmadı,nə bilim qohumlar barmaq elədi-filan,boş söhbətlərdi.

Watchman 2024-04-14 00:15:18

Səbəbi yuxarıdakılara yaxşı məlumdur. Qadınlara həddən artıq ixtiyar və səlahiyyətlərin verilməsi. Kişilərin isə hüquqlarının olmaması. Boşanmaların sayını qanunlara dəyişıklik etməklə Ali Məhkəmə, birbaşa olaraq Inam Kərimov istədiyi anda azalda bilər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol