Menu

Şolts Çinə rəsmi səfər edib

14.04.2024, 08:45
Şolts Çinə rəsmi səfər edib

Almaniya kansleri Olaf Şolts Çinə səfərə başlayaraq ölkənin cənub-qərbindəki Çunçin şəhərinə gedib.

“Report” xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Qeyd edilir ki, Şolts Çinə Almaniya hökumətinin rəhbəri qismində ikinci dəfədir səfər edir. Bundan əlavə, bu, Qərb liderinin 2024-cü ildə Çinə ilk səfəridir.

Almaniya kanslerini ətraf mühit, kənd təsərrüfatı və nəqliyyat üzrə məsul olan üç nazir müşayiət edir. Nümayəndə heyətinə Almaniyanın aparıcı şirkətlərinin, xüsusilə “Siemens”, BMW, “Mercedes-Benz” şirkətlərinin nümayəndələri daxildir.

Şərhlər

B.Kolxozdar 2024-04-14 16:05:22

Çin, Münasib istehsal münasibəti ilə liderləri cəzb etməkdədir! İki dəfə geniş *sivil* *Qərb*lə inteqrasiya xosunlaşan SSRİ-RF-Kreml siyasəti isə 37 ildir daxili iqtisadiyyatını da əski və potensial müttəfiqlərinə zor tətbiqinə xərcləməkdədir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol