İsrail Müdafiə Qüvvələri (IDF) yəhudi dövlətinə doğru uçan 300-ə yaxın İran mərmisinin 99%-ni zərərsizləşdirib.
Bu barədə İsrail ordusunun sözçüsü Daniel Haqariyə istinadən “The Times of Israel” qəzeti yazıb.
Onun sözlərinə görə, İran İsrailə doğru 170 pilotsuz uçuş aparatı buraxıb, onların heç biri İsrail sərhədlərinə çatmayıb.
“Onlar müttəfiqləri ilə birlikdə İsrail hərbçiləri tərəfindən vurulub. Bundan əlavə, İran İsrailə 30 qanadlı raket atıb və İsrail ordusu onlardan 25-nin qarşısını ala bilib”.
Haqari həmçinin İranın İsrailə 120 ballistik raket atdığını bildirib. Onlardan bəziləri İsrailin raketdən müdafiə sistemini aşaraq Nevatim aviabazasına uçub. Ordu sözçüsü bildirib ki, bazaya cüzi ziyan dəyib.
“Pilotsuz uçuş aparatlarının və raketlərin bəziləri İraq və Yəməndən İsrailə atılıb, lakin onlar yəhudi dövlətinin hava məkanını keçməyib”.


Şərhlər
"Nətər gedir orda bombalamaq işləri?"."Bir az dəqiqlik çatmır,yoldaş dadaşyev,nə atırıqsa göydə partladırlar,yerə düşən olanda da hədəfdən on kilometrlərlə uzağa düşür.Bircə bazanın qırağından divar yıxılıb bir az,onu da heç demə İsraillilər özləri mina ilə partladıb uçurublar ki dünya elə bilsin biz uçurmuşuq"."Çatışmaz da,zalım oğlu,o təhər ki siz xosunlaşırsınız onlarla,çətin vurasınız haranısa.Ümumiyyətlə,siz vurmaq üçün atırsınız o raketləri,yosa atmaq üçün atırsınız?Yəni Hava-Yer raketləridi,yoxsa Hava-Hava?Havayı fişəng?O partlayışlar göy üzündə bayram atəşfəşanlığına oxşadı ee,ona görə soruşuram.ABŞ bu hiyləgər oyununuza görə sizə dondurduğu aktivlərinizdən daha 10 milyard dollar verəcək deyəmi sevinib yaylım atəşi açmışdınız?"