Menu

İran İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib

14.04.2024, 11:41
İran İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib

“İranın İsrailə qarşı əməliyyatı başa çatıb”.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri deyib.

“Bizim nöqteyi-nəzərimizdən əməliyyat başa çatıb, lakin ölkənin Silahlı Qüvvələri lazım gələrsə, gələcəkdə də hərəkətə keçməyə hazırdır”, - deyə o qeyd edib.

Qeyd edək ki, İran İsrailə PUA-larla hücum edib. İsrail ordusunun sözçüsü Daniel Haqari bildirib ki, ordu yəhudi dövlətinə doğru uçan 300-ə yaxın İran mərmisinin 99%-ni zərərsizləşdirib.

Şərhlər

B.Qarabağlı 2024-04-14 13:08:14

Güneyli Böyük Qardaşımız İranın 1978-1980cı illərdə ABŞla 20 illik möhtəşəm Enerji layihəsinə qarşı *İnqlab* adı (Frənğ-Pağij fətvası) ilə ölkənin-dövlətin Küffey-kün edilməsindən sonra müstəqil tam təchizat və elmi-texniki bərpası biz-quzey qardaşlarını və digər ədalət isanlarını sevindirməyə bilməz? Beynəlxalq münasibətə xarici siyasətə ilk öncə ədalət üçün ciddi mühakimə və qısa həll möhləti gərək, müdaxilə yox?

dadaşyev 2024-04-14 11:54:41

Bir uşaq deyib ki mən siqareti tərgittim.Deyiblər neçə yaşın var ki?Deyib 11.Deyiblər sən nə vaxt çəkdin ki tərgitdin?İndi sən də,nə vaxt başladın ki başa çatdırdın?Haranı dağıda bildi raketlərin,haraya ziyan vurdu,hansı hədəfə dəydi,kim öldü kim yaralandı,noldu ki tərgitdin siqareti?Yaxşı ki raketləri Hind okeanına,Antarktidaya tərəf atmamısan ABŞ-ın qorxusundan.Dünən qabaqcadan Baydenə demisən ki filan saatda atacağıq,XİN rəhbərin də bildirib Ağ Evə,onlar da deyib qorxma a bala,İsrail tərəfə at filan koordinatlara,yoxsa ağını çıxartmış olarıq,bəşəriyyət şübhələnər,Antarktida nədi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol