Menu

Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub

14.04.2024, 21:29
Azərbaycan boksçuları Avropa çempionatını iki qızıl medalla başa vurub

Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində gənclər arasında keçirilən Avropa birinciliyinin qalibi olub.

"Report" Azərbaycan Boks Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yığmamızın heyətində 54 kq çəki dərəcəsində Ömər Aslanlı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, finalda ukraynalı Maksim Çekinlə üz-üzə gəlib. Boksçumuz rəqibini 4:1 (30:27, 29:28, 30:27, 29:28, 28:29) hesabı ilə məğlub edib və Avropa çempionatının qızıl medalına yiyələnib.

Qeyd edək ki, bununla da millimiz Avropa birinciliyini 2 qızıl medalla başa vurub. Komandamızın heyətində daha öncə 48 kq-da Bilalhəbaşi Nəzərov Avropa çempionu tituluna sahib olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol