Menu

Bu gün Azərbaycanın Ermənistana qarşı etirazları üzrə dinləmələr keçiriləcək

15.04.2024, 10:32
Bu gün Azərbaycanın Ermənistana qarşı etirazları üzrə dinləmələr keçiriləcək

Bu gün Bakı vaxtı ilə saat 12-də Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı etirazları üzrə dinləmələr keçiriləcək.

Bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə "X" hesabında yazıb.

O xatırladıb ki, məhkəmədə Ermənistanın Azərbaycana qarşı iddiasına baxılır.

"Beynəlxalq Ədalət Məhkəməsinin İrqi Ayrı-seçkiliyin Aradan Qaldırılması üzrə Komitənin (CERD) Ermənistan Azərbaycana qarşı müraciəti ilə bağlı iş üzrə Azərbaycan tərəfindən qaldırılan ilkin etirazlar üzrə ictimai dinləmələr baş tutacaq", - XİN rəsmisi bildirib.

A.Hacızadənin sözlərinə görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov rəhbərlik edir.

Şərhlər

B.Qarabağlı 2024-04-17 11:24:12

Üzr istəyirəm, mən Ana dilimdə dərs almışam, ruscalaşmanı da anladığımı zənn edirəm!? Amma, hüquqi terminləri dəqiq bilmirəm? BMT TŞnın ədalətli qərarına da zidd 25-30 il azərbaycanlı ailələrinə qarşı *Miatsum!* Hərbi genosid cinayətini mərkəzində olmuş 20 minlik əski DQMV ailələr mühakimədən qeyri-hansı etiraz, iddiaya haqlı ola bilərlər. Azərbaycan, qəti-kəskin (etiraz deyil) iddia qaldırmalı deyilmi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol