Menu

“Mövcud durum İranı və Rusiyanı sevindirir” – “Azərbaycan AŞ PA-ya qayıtmalıdır”

15.04.2024, 18:19
“Mövcud durum İranı və Rusiyanı sevindirir” – “Azərbaycan AŞ PA-ya qayıtmalıdır”

“Azərbaycan nümayəndə heyətinin mandatının təsdiq olunmamasından təəssüf edirəm. Bu yolla Azərbaycanda insan haqları probleminin həllinə nail olmaq çətindir. Bu məsələləri təşkilat daxilində həll etmək lazımdır. Uzaqlaşdırmaq doğru deyil. Mövcud durum İranı və Rusiyanı sevindirir”.

“AzPolitika” xəbər verir ki, bunu AŞ PA-nın Ukrayna Ali Radasından olan təmsilçisi Oleksiy Qonçarenko “Gününsəsi.info”ya açıqlamasında deyib.

Onun sözlərinə görə, təşkilat daxilində bütün mövzuları müzakirə edərək nəticə əldə etmək mümkündür.

“Kənarlaşdırmaqla nəticə əldə etmək olmur. Mən yanvar sessiyasında da demişdim ki, Azərbaycanla Avropa Şurası ortaq nöqtə taparaq, problemi aradan qaldırmalıdır”, - deputat əlavə edib.

Azərbaycanda insan haqları probleminə gəlincə, ukraynalı deputat deyir ki, bu cür problemlər təşkilata üzv olan hər bir dövlətdə olur: “Elə bir ölkə yoxdur ki, orada insan hüquqları problemləri olmasın. Onu həll etmək üçün Avropa Şurası daxilində əməkdaşlıq olmalıdır. Ona görə də Azərbaycan nümayəndə heyəti AŞ PA-ya qayıtmalıdır ki, bu məsələlər dialoq səviyyəsində danışılsın. Azərbaycan nümayəndə heyəti burada olmalıdır ki, insan haqlarının vəziyyəti izlənilsin. Azərbaycan da Parlament Assambleyasının çağırışlarına qiymət verməlidir. Azərbaycanı burada görmək xoş olardı. Azərbaycan burada olmalıdır və əməkdaşlıq davam etdirməlidir. Bu Qafqazda sülh əmin-amanlıq üçün də vacibdir”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol