Hollandiya hakimiyyəti Ukraynanın ehtiyacları üçün əlavə maliyyə vəsaiti ayırıb.
“AzPolitika” xəbər verir ki, bu barədə aprelin 15-də Hollandiya hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Nazirlər Kabineti 2024-2026-cı illər ərzində Ukraynaya hərbi və humanitar dəstək üçün əlavə 4,4 milyard avro ayıracaq”, - məlumatda deyilir.
Bundan əlavə, Hollandiya hökuməti öz müdafiəsini gücləndirmək üçün də vəsait ayırıb. Bu məqsədlə ölkənin Müdafiə Nazirliyi 2028-ci ildən hava hücumundan müdafiəni gücləndirmək və sursat almaq üçün əlavə 500 milyon avro alacaq.
Xatırladaq ki, aprelin 12-də Hollandiya Ukraynaya hərbi yardım üçün əlavə 1 milyard avro ayırıb. Ukraynanı yenidən qurmaq üçün daha 400 milyon avro ayrılacaq.
O da bildirilir ki, Hollandiya Ukraynaya 24 ədəd “F-16” qırıcısı təhvil verməyə hazırlaşır. Təyyarələrin təhvil verilməsi tarixi ukraynalı pilotların və texniki heyətin hazırlığından, eləcə də infrastrukturdan asılıdır.
“AzPolitika.info”


Şərhlər