ABŞ Maliyyə Nazirliyi Belarusa qarşı sanksiyalar siyahısına 10 fiziki və 12 hüquqi şəxsi əlavə edib.
“Report” xəbər verir ki, bu barədə Nazirliyin yaydığı yazılı açıqlamada deyilir.
Siyahıya Belarus, Livan, Suriya, Slovakiya və İsveç vətəndaşları daxildir.
Bundan əlavə, məhdudiyyətlər Kipr, Belarus, İraq, Çin və Slovakiyadan olan şirkətlərə təsir göstərib.
Sanksiya Birləşmiş Ştatlarda aktivlərin dondurulmasını, Amerika vətəndaşlarının və şirkətlərinin bu işdə iştirak edənlərlə iş aparmasının qadağan edilməsini nəzərdə tutur.


Şərhlər
Sanksiya sözü artıq yalnızca ilkin elektroşok verməkdən başqa bir işə yaramır.Hansı ölkəyə qarşı tətbiq edilən sanksiyalara uyulub indiyə qədər?Sanksiyaların ən çoxu və ən uzunmüddətlisi İrana tətbiq edilib,guya İran 40 ildir sanksiyalar altındadı,amma məlum olur ki,40 ildi ABŞ-la da,İsraillə də,Avropa ilə də cici bacıdı.İranın nefti bir yandan Çinə,bir yandan da üçüncü ölkələr vasitəsilə ABŞ-a daçınmırmı 40 ildi?ABŞ İrana ona görə sanksiya tətbiq edir ki,neftini bəşəriyyətdən gizli daşıdığı üçün İranın boynuna minnət qoyub ucuz alsın.