Menu

Avropa da “Dəmir Günbəz” istəyir - Polşa ilə Danimarka razılaşıb

16.04.2024, 12:37
Avropa da “Dəmir Günbəz” istəyir - Polşa ilə Danimarka razılaşıb

Polşanın Baş naziri Donald Tusk danimarkalı həmkarı Matte Frederiksen ilə müharibə vəziyyətində Avropa şəhərlərini hava hücumlarından qorumaq üçün “Dəmir Günbəz”in yaradılması imkanını müzakirə edib.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Polşa Baş nazirinin ofisinin mətbuat xidməti məlumat yayıb.

Polşanın Baş naziri Ukraynaya yardım məsələlərini şərh edib və sonra qeyd edib ki, Avropa da “təhlükə zonası”dır: “Danimarka Baş nazirinin Polşanın Avropa səmasını potensial raket hücumlarından qorumaq üçün effektiv “Dəmir Günbəz” yaratmaq layihəsinə qoşulmaq təklifinə müsbət cavab verməsindən şadam”.

Xatırladaq ki, “Dəmir Günbəz” İsrailin hava hücumundan müdafiə sisteminin adıdır. İsrail dünyada ondan tam olaraq istifadə edən yeganə ölkədir. Sistem hətta qısa mənzilli raketləri və artilleriya mərmilərini tutmaq və məhv etmək bacarığına malikdir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol