Menu

“Səfərbərlik qanunu” Zelenskiyə göndərildi - Yeni qanun nə vaxt qüvvəyə minir?

16.04.2024, 13:48
“Səfərbərlik qanunu” Zelenskiyə göndərildi - Yeni qanun nə vaxt qüvvəyə minir?

Ukraynada xeyli müddətdir ki, müzakirə olunan “Səfərbərlik haqqında” yeni qanun layihəsi nəhayət ki, parlament tərəfindən təsdiqlənərək, Prezident Volodimir Zelenskiyə göndərilib.

“AzPolitika” Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, sənədi artıq parlamentin rəhbəri Ruslan Stefançuk imzalayıb və “Səfərbərlik haqqında” 10449 saylı qanun layihəsi imzalanması üçün prezidentə yönəldilib. Bunu aprelin 16-da Ali Radanın saytında yer alan məlumatlar sübut edir. Zelenski imzaladıqdan sonra qanun bir ayın tamamında qüvvəyə minəcək.

Xatırladaq ki, aprelin 11-də Ali Rada 10449 saylı qanun layihəsini ikinci oxunuşda qəbul edib. Müvafiq qərarın lehinə 283 xalq deputatı səs verib. Eyni zamanda, sənəddən tərxis olunma norması da çıxarılıb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol