Son günlər Ermənistanda “soyqırım” mövzusu ətrafında müxalif qüvvələrin Paşinyan hakimiyyətinə qarşı təzyiqləri artıb.
“AzPolitika” xəbər verir ki, erməni KİV-lərinə danışan Ermənistan parlamentinin hakim partiyadan olan deputatı Ovik Aqazaryan Ermənistanın “soyqırım” mövzusunda Türkiyədən hüquqi baxımdan nəsə tələb etməsinin mümkün olmadığını deyib. Çünki həmin hadisələr müasir Türkiyə deyil, Osmanlı imperiyası dönəmində baş verib: “Biz o zaman dövlət olaraq yox idik, ona görə də tələbkar tərəf ola bilmərik. Dünyanın müxtəlif yerlərində yaşayan hər bir insan iddia ilə çıxış edib, hər şeyi əsaslandıra bilərsə, bu başqa məsələdir. Biz Türkiyədən heç nə tələb edə bilmərik. Nə deməliyik: bu torpaqları Ermənistan Respublikasına verin? Hansı beynəlxalq standartlara əsasında?”
“AzPolitika.info”


Şərhlər