ABŞ Prezidenti Co Bayden və həyat yoldaşı Cill Baydenin 2023-cü ildə illik ümumi gəliri 619 976 dollar olub.
“AzPolitika” xəbər verir ki, bu bardə Ağ Evin rəsmi saytında dərc olunan məlumatda deyilir.
Açıqlamada Bayden ailəsinin 2023-cü maliyyə ilində 146 min 629 dollar federal gəlir vergisi ödədiyi qeyd edilib. Bundan əlavə, Bayden və həyat yoldaşının Delaver əyalətinə 30 min 908 dollar, Virciniya əyalətinə isə 3 min 549 dollar gəlir vergisi ödədiyi,17 müxtəlif xeyriyyə təşkilatına 20 min 477 dollar bağışladığı bildirilib.
Qeyd edək ki, ABŞ-də fərdi gəlir vergisi bəyannamələri hər il aprelin 15-də federal hökumətə təqdim edilir və həmin gün son gün "Vergi Günü" adlanır.
“AzPolitika.info”


Şərhlər