Menu

DSMF ünvanlı sosial yardımla bağlı vətəndaşlara müraciət edib

16.04.2024, 19:30
DSMF ünvanlı sosial yardımla bağlı vətəndaşlara müraciət edib

Bir sıra hallarda vətəndaşlara ünvanlı sosial yardım almaqda guya köməklik edəcəkləri vədləri ilə onların vəsaitlərini mənimsəməyə çalışan vasitəçilərin olması faktları ilə qarşılaşırıq.

Bu barədə Dövlət Sosial Müdafiə Fondunun ünvanlı sosial yardımın düzəldilməsi ilə bağlı vətəndaşlara müraciətində deyilir.

Bildirilir ki, Fond tərəfindən bu barədə bir neçə dəfə xəbərdarlıq məlumatları paylaşılaraq, vətəndaşlara belə dələduz vasitəçilərdən uzaq olmaq tövsiyə edilib: “Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, ünvanlı yardımın təyinatı elektron sistem üzərindən, hər hansı kənar müdaxilə mümkün olmadan həyata keçirilir.

Sosial yardım təyinatı üçün yalnız elektron qaydada müraciət edilir və müraciət etmək üçün də heç bir ödəniş tələb edilmir.

Müraciətə e-sistem üzərindən və müxtəlif qurumların informasiya ehtiyatlarına inteqrasiya əsasında baxılır.

Yardım təyin olunub-olunmamasına dair qərar e-qaydada qəbul olunur və bununla bağlı olaraq da vətəndaşlara SMS-bildiriş göndərilir”.

Qeyd edilib ki, istənilən şəxs ünvanlı yardım, bu yardımın hansı ailələrə təyin edildiyi və s. barədə Nazirliyin sosial.gov.az saytında “Fəaliyyət” bölməsindəki “Ünvanlı dövlət sosial yardımı” altbölməsindən (www.sosial.gov.az/fealiyyet/destek-istiqametleri/u... ətraflı məlumat əldə edə, habelə həmin altbölmədən ünvanlı yardım üçün müraciət də edə bilər. Eyni zamanda, “142” Çağrı mərkəzinə də müraciət edərək, bu mövzuda ətraflı məlumat almaq olar.

Şərhlər

dadaşyev 2024-04-17 00:18:33

Əgər cəmiyyətdə sosial yardımın kimlər tərəfindənsə "düzəldilərək" alına bilinməsi faktı olmasaydı bədbəxt camaat da o dələduzlara bel bağlamazdı.DSMF olaraq niyə ehtiyacı olanlara sosial yardım vermək üzrə yox,verməmək üzrı ixtisaslaşmısınız ki,ortalıqda dələduz tiplər dolaşır? Dövlət nazirliyə büdcədən hər il milyardlarla manat ayırır ki ehtiyacı olanlara verin,siz isə hər il neçə milyard manatı təkrar dövlətə qaytarırsınız ki,guya hamının vəziyyəti elə yaxşıdır ki,yardım üçün müraciət edən yoxdu.Yalan deyənin atabaatasına lənət.A balam,verdiniz də istəmədilərmi?Hər gün ceyran kababı,qaşqaldaq qovurması,durna ciyəri,yağ-bal-qaymaq-qoz-fındıq-püstə-badam yeməkdən özünüzün mordası botokslu qadın sifəti kimi dartılıb par-par parıldayır,yanaqlarınız piy bağlayıb dərinizə sığmır,dəri son dərəcə gərildiyindən dırnaq dəysə çattayıb qan fışqırar,elə bilirsiniz camaat da sizin kimi kef içində yaşayır?Kasıb-kusubun almacıq sümükləri çıxıb ee daha normal yeməməkdən.Yavan çörəklə yaşamaq olar?Dədənizin milyardlarıdı ki vermirsiniz ehtiyacı olanlara?Xalqın torpaq altından çıxan sərvətidi də,haqqı yoxdu yəni xalqın o sərvətə?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol