TƏBİB Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı məlumat yayıb.
Hadisə nəticəsində xəsarət alan 2 nəfər (kişi cinsli) Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdiriliblər.
Qeyd olunub ki, 2003-cü il təvəllüdlü şəxsə başın digər hissələrinin səthi travması, boynun səthi travması diaqnozları təyin edilib. Vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.
2006-cı il təvəllüdlü şəxsə isə baş-beyinin ocaqlı travması, döş qəfəsinin səthi travması, boğazın digər və dəqiqləşdirilməmiş travmaları və s. diaqnozlar təyin edilib.
Həkimlərin səylərinə baxmayaraq, Reanimasiya şöbəsinə yerləşdirilən şəxsin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, bu gün səhər saatlarında tanınmış teleaparıcı Aytən Səfərovanın iştirakı ilə Zığ şosesi ilə 8 Noyabr prospektinin kəsişməsində yol nəqliyyat hadisəsi baş verib.
***
Daxili İşlər Nazirliyinin Mətbuat xidməti Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı məlumat yayıb.
Qurumun Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub.
Nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.
Qeyd edək ki, hadisə bu gün səhər saat 06:50 radələrində Xətai rayonu ərazisində - Zığ şosesi ilə Sadıqcan küçəsinin kəsişməsində 8 Noyabr prospekti istiqamətində baş verib. “Hyundai” markalı iki minik avtomobilinin toqquşması nəticəsində maşınlardan biri yolun hərəkət hissəsində aşıb və kənarda dayanmış “KİA”ya çırpılıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Xatırladaq ki, A.Səfərova müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
***
Xəzər televiziyasının aparıcısı Aytən Səfərova yol qəzasına düşüb.
Bu barədə məlumatı “Report”a onun həmkarları təsdiq edib.
Bildirilib ki, hadisə paytaxtın 8 Noyabr prospekti ərazisində Gənclik parkının yaxınlığında qeydə alınıb.
Belə ki, aparıcının idarə etdiyi “Hyundai” markalı avtomobillə digər minik avtomobili toqquşub. Nəticədə A.Səfərovanın idarə etdiyi avtomobil aşıb.
O. müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib.

Şərhlər
Zaurlarl t'ənqid tdiyi üçün cəza aldı.Amma heç biri bir şey deyil.