Menu

Prezident Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib

17.04.2024, 10:25
Prezident Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı qəbul edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Şərhlər

Moshu 2024-04-17 12:07:19

Allah bütün dünyasını dəyişənlərə rəhmət eləsin. Rəhmətlik Əbülfəz Elçibəy müsahibələrindən birində qeyd edirdi ki, siz nə çalsanız da mən heyvagülünü oynayacam. Aidiyyəti olmamasına baxmayaraq, Azpolitika dərc edib-etməməsindən də asılı olmayaraq fikirlərimi bildirəcəyəm. Mən özüm də neçə milyonluq təqaüdçülərdən biriyəm. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi hər ay təqaüdçülər üçün 365.000.000 manat pul köçürür. Həmin məbləğ sonuncu dəfə 2024-cü il 15 aprel tarixində banklara köçürülmüşdür. Məs., mən təqaüdümü Kapital Bankdan alıram. Artıq bu gün 17 aprel saat 11-45-dir. Hələ ki, bankdan təqaüdümüzü ala bilmirik. Artıq təqaüdçülər arasında xoşagəlməz, ürəkbulandıran söz-söhbətlər dolaşmaqdadır. Bir çox təqaüdçülər o fikirdərirlər ki, bir gün gecikdirmə nəticəsində banklar 1 faiz xeyir götürürlər. Bu arqumentlərin nə dərəcədə doğru-yalan olmasını deyə bilmərəm, əsas odur ki, təqaüdçülər vəsaitsiz qalıblar. Hətta tanıdığım hörmətli bir ağsaqqal mənə telefon açıb bildirdi ki, xəstəxanada müalicə alır, təqaüdünü ala bilmir, pula ehtiyacı var. Fərq eləmir, günah bankındır və ya nazirliyin. Fakt odur ki, vətəndaşlar gözlərini dikdikləri təqaüdlərini vaxtında ala bilmirlər. Hər halda başbilənlərimiz bu məsələyə münasibət bildirsələr pis olmaz.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol